Laringit nədir?

Laringit nədir?
4/28/2020

Laringit – qırtlağın və səs tellərinin selikli qişasının iltihabıdır.

Səbəbləri:
Qrip;
Soyuqlama;
Virus və bakteriya infeksiyaları;
Bronxit;
Pnevmoniya
Allerqik reaksiyalar;
Kimyəvi qıcıqlanma;
Qırtlağın zədələnməsi.
Simptomları:
Kəskin laringitdə ümumi vəziyyət birdən pozulur, hərarət qalxır. Udma zamanı ağrı, bəzən tənəffüsün çətinləşməsi qeyd olunur. Bu zaman boğazda quruluq, qıcıqlanma, cızılma hissi yaranır. Öskürək əvvəlcə quru, sonra isə bəlğəmli olur. Səs xırıltılı, kobud olur, sonra isə səs bata bilər.
Müalicəsi:
İlk növbədə səbəbləri (qrip, soyuqlama) aradan qaldırmaq lazımdır. 5 gün xəstəyə danışmaq qadağan olunur, lazım gələrsə pıçıltıyla danışmaq olar. Bu zaman çoxlu isti maye qəbulu ( isti süd bal ilə), boğazın yaxalanması, isti inqalyasiyalar, boğaza isti kompresslər məsləhət görülür.
Menyudan kəskin istiotlu, ədviyyatlı yeməklər götürülür.
Həkim xəstənin vəziyyətinə uyğun müvafiq müalicə təyin edir.

Səhhətinizi Liman Klinikasının ixtisaslaşmış həkimlərinə həvalə edin

Whatsapp:(055) 240-90-60
(050) 235 24 34
(070) 313-13-50