Allergiya nədir?

Allergiya nədir?
6/15/2020

Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır.

O, ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə gündən bir neçə saata qədər davam edərək müşahidə oluna bilər.
Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər.
Allergiyanın simptomları:
-yuxarı tənəffüs yolları: allergik rinit, astma;
-qızarmış, sulanmış gözlər;
-əzələ ağrıları;
-ishal, qusma, mədə pozuntusu.
Ağırlaşmaları:
-anafilaktik şok (kəskin allergik reaksiya)
-ağırlaşmış və ya xırıltılı nəfəs;
-sürətli nəbz;
-soyuq tər;
-yapışqan dəri;
-mədə spazmları;
-başgicəllənmə;
-ürəkbulanma;
-qıcolmalar. 

Tibbi müdaxilə olmadan ağır allergiya ölümlə nəticələnə bilər.

Gecikdirmədən zamanında həkim allerqoloqa müraciət etməyiniz məsləhətlidir...
Allerqoloq Dr.Kazımova Günay
(+994 50 235 24 34)